Yuxu pozğunluğuna ən çox səbəb olan nələrdir?

0
222

Yuxusuzluğun onlarla səbəbi ola bilər, lakin 90 faiz hallarda stresli vəziyyətlər və həyat tərzinin pozulmasıdır. 

Bu barədə tibb elmləri namizədi, somnoloq Sofiya Çerkasova danışıb.

O, yuxu pozğunluğunun ən çox yayılmış növlərini açıqlayıb.

Mütəxəssis yuxu keyfiyyətinin pisləşməsinə səbəb ola biləcək həyat tərzi pozuntusunu boş iş qrafiki , artıq kofein və oturaq həyat tərzi kimi müəyyən edib.

Həkimin sözlərinə görə, gecə saatlarına qədər smartfonla “oynamaq” vərdişi də yuxuya mənfi təsir göstərir, çünki bu, böyük informasiya yükü ilə müşayiət olunur. Bundan əlavə, parlaq mavi-ağ işıq yuxuya getməyə mane olur.

Çerkasova deyib ki, həyat tərzi ilə bağlı problemlərlə yanaşı, yuxuya xəstəliklər, həmçinin çatışmazlıqlar, hormonal balanssızlıqlar və müəyyən dərmanların istifadəsi də təsir edə bilər.

“Xoşbəxtlikdən, əksər hallarda yuxu bəzi həyat tərzi dəyişiklikləri ilə yaxşılaşdırıla bilər. Bir ay ərzində nəticə vermirsə, bir mütəxəssislə əlaqə saxlamalı və səbəbləri axtarmalısınız. Ola bilsin ki, onlar həyat tərzi çərçivəsindən kənara çıxıb, müxtəlif xəstəliklər və pozğunluqları ehtiva edirlər”, – deyə mütəxəssis vurğuıayıb.ə