Klubda məşq zamanı Kriştianu Ronaldu ilə davranış qaydaları barədə müəyyən qaydalar var.
Bu barədə “Yuventus”un gənc oyunçusu Dauda Peters danışıb.
O, bunun portuqaliyalı oyunçunun zədələnmə ehtimalını azaltmaq üçün edildiyini bildirib:
“Məşqdə texniki heyət bizə Ronaldo ilə qarşıdurmaya girəndə diqqətli olmağımızı söyləyir… Çünki klub üçün böyük kapitalı təmsil edir (gülür). Gənc yaşda bu həmişə asan olmur, axı özünü göstərmək istəyirsən. Amma diqqətli olmalısan”.
“İlk dəfə Kriştianu ilə idman salonunda rastlaşdıq. İnsanlar onun təkəbbürlü olduğunu söyləyirlər, amma bu, heç də belə deyil”, – Peters əlavə edib.
Ronaldu bu mövsüm “A Seriyası”nda üç oyun keçirib və üç qol vurub.