Yupiterdən 10 qat daha böyük gənc planet kəşf edildi

0
442

Astronomlar Yer planetinə nisbətən yaxın olan və yeni meydana çıxan nəhəng bir planet kəşf edib. Bu planet Yupiterdən 10 qat böyükdür.

Nəhəng göy cisminin 5 milyon yaşı var və bizdən 330 il uzaqda yerləşir.

Tədqiqatçılar “Gaia” kosmik aparatından əldə etdikləri məlumatları analiz edərək bu kəşfi rellaşdırıblar.

Yeni kəşf edilən planetə 2MASS 1155-7919 b adı verilib. Yupiterdən 10 qat böyük olan planetin böyümə prosesinin davam etdiyi və nəticədə ağlasığmaz bir böyüklükdə olacağı qeyd olunub.

Qeyd edək ki, nəzəriyyəçilər hələ ki yeni planetin necə meydana gəldiyini və bu qədər uzaqda olmasının səbəbini izah etməkdə çətinlik çəkdiklərini bildiriblər.