800 ilə yaxın bir müddətdə ilk dəfə baş verən Yupiter və Saturnun “böyük qovuşması” Beynəlxalq Kosmik Stansiyadan qeydə alınıb.
Kosmonavt Sergey Kud-Sverçkov “Twitter”də bununla bağlı fotoları paylaşıb.
“Ötən gecə onları yalnız altı qövs dəqiqəsi ayırdı (məsələn, bu Ay diskinin 1/5 hissəsidir) və adi gözlə səmada parlaq ikiqat ulduz kimi göründülər”, – deyə BKS heyət üzvü fotolara şərh verib.
Xatırladaq ki, iki planetin maksimum yaxınlaşması dekabrın 21-də baş verib. Yer kürəsindən bu, iki parlaq ulduzun birləşməsi kimi göründü.
Bu fenomenal hadisə yalnız bir neçə yüz ildə bir dəfə baş verir.