Yunanlar xəzinə axtarışına çıxdı – 500 milyon dollar…

0
536

İqtisadi böhranla mübarizə aparan Yunanıstanın Osmanlı imperiyasına aid 500 milyon dollar dəyərində olduğu təxmin edilən xəzinələri axtarmağa başladığı ortaya çıxıb.

Son iki ildə Yunanıstanda 2440-dan çox axtarış cihazı satıldığı, Afina hökumətinin eyni dövrdə 126 xəzinə axtarış lisenziyası verdiyi məlum olub.

Digər tərəfdən, Kiato şəhərinin sakinləri 1800-cü il tarixli Osmanlı sənədlərini əsas götürdükləri məlumata görə, bölgədə imperiyaya aid 500 milyon dollar dəyərində xəzinənin olduğunu bildiriblər. Əhali arasında səsləndirilən digər bir Osmanlı xəzinəsi isə imperatorluğun son illərində Peloponnesdə ən zəngin sayılan Kamil bəyin xəzinəsidir.

Gümüş işi ilə məşhur olan və 1913-cü ildə Osmanlı tərəfindən fəth edilən İoannina şəhərində insanlar arasında ən geniş yayılanı isə Əli Paşanın xəzinəsidir.

Bir çox yunan sakinlərinin ərazini qızıl axtarış aparatı ilə nəzərdən keçirməsinə baxmayaraq, xəzinə hələ də tapılmayıb.

Yunan mətbuatı da fərqli bölgələrdə müxtəlif xəzinələrin basdırıldığı iddiaları ilə məşğuldur. Saloniki Polis idarəsinin Mədəni İrs və Antikalar Departamentinə bağlı polis məmurları 68 yaşlı bir şəxsin Serres şəhərindəki arxeoloji ərazidə qanunsuz qazıntı apardığını aşkar etdiklərini açıqlayıb.

Səlahiyyətlilər qanunsuz xəzinə axtaran 68 yaşlı şəxsin evində aparılan axtarışda Yunanıstan dövrünə aid 10 sikkə və Osmanlı imperiyası dövrünə aid qızıl naxış kasanın ələ keçirildiyini bildirib.

Bununla yanaşı, 2020-ci ilin dekabr ayından bəri bölgədə qanunsuz xəzinə axtaran 102 nəfərə xəbərdarlıq edildiyi və 45 nəfərin həbs olunduğu qeyd edilib.