Yunanıstandan ölkəyə girmək istəyən miqrantlara sərt müdaxilə 

0
412

Türkiyədən Yunanıstana miqrant axını davam edir.

“Anadolu” agentliyi xəbər verir ki, Avropaya getmək üçün Türkiyədən bu ölkənin ərazisinə keçən miqrantlara icazə vermək istəməyən Yunanıstan hökuməti sərhədə çox sayda polis toplayıb.

Miqrantlara səs bombası və təzyiqli su ilə müdaxilə edən polislər rezin güllələrdən də istifadə edib.

Bəzi mühacirlər bu müdaxilələr nəticəsində yaralanıb.

Sərhəddə gözləyən miqrantlar qəfil hücumdan sonra təşvişə düşərək dağılıblar. Aralarında azyaşlı uşaqların da olduğu mühacirlərə bölgədəki təcili yardım briqadaları yardım ediblər.