Yüksək vəzifəli şəxs işdən çıxarıldı

0
300

Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini vəzifəsindən azad olunub.

1989-cu ildən Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsində çalışan Hacıyev Aftandil Əskər oğlu müvafiq əmrlə yaş həddi ilə əlaqədar işdən çıxarılaraq təqaüdə göndərilib.

Qeyd edək ki, Aftandil Hacıyev 1944-cu ildə Tovuz rayonunda anadan olub. O, 1967-ci ildə Mərkəzi Əmanət kassasında kontroller, 1968-ci ildə Dövlət Sığorta İdarəsinin Şəxsi Sığorta Şöbəsində inspektor vəzifəsinə təyin olunub. 1989-cu ildə Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Fərhad Adıgözəlovu Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edib.