Bu gün Qəbələ rayonunun Bum qəsəbə şəhidi Vasif Süleymanovun anım günü qeyd olundu.
Nə qədər ki, Vətən var, şəhid mövzusu da diqqət mərkəzində olacaq. Çünki torpağı Vətən edən igid oğullardır.
Şəhidimizin anım günündə şəhid ailələri, qazilərimiz kənd sakinləri, ailə üzvləri iştirak etmişdir. Ruhuna dualar oxunmuş, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.
Tədbir ata evində çay süfrəsi arxasında davam etmişdir.
Süleymanov Vasif Akif oğlu 2002-ci il fevral ayının 24-ü Qəbələ rayonunun Bum qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Qəbələ rayonu Bum qəsəbə orta məktəbində almışdır. Qəbələ rayonunda olan Peşə Məktəbində aşbazlıq bölümündə oxumuşdur. 2020-ci ildə Covid-19 virusu və pandemiya vəziyyəti ilə əlaqədar olaraq həqiqi hərbi xidmətinə aprel ayında deyil, may ayının 8-i getmiş, ordu sıralarında aşpaz olmasını təklif etsələr də , öz istəyi ilə buna razı olmamışdır. Süleymanov Vasif həqiqi hərbi xidmətini Gəncə və Cəlilabadda N saylı hərbi hissədə keçmiş, 2020-ci il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak etmiş, bir neçə yerlərin düşmən işğalından azad olunmasında böyük şücaət göstərmişdir. 2020-ci il oktyabr ayının 6-ı Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəbələ rayonu Bum qəsəbəsində dəfn olunmuşdur . SSRİ (Sovet) Ordu sıralarında xidmət edərkən şəhid olan Vasif əmisinin adını daşıyırdı. İki bacının bir qardaşı idi.
Allah rəhmət eləsin şəhidlərimizə.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarınin Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri
