Yoxluq qədər acı hicrandı şəhid ağrısı.

0
223

Bu gün Qəbələ rayon Bum qəsəbəsində şəhid Vasif Süleymanovun anım günü qeyd olundu.

Tədbirdə İkram Umarov adına Bum ümumi orta məktəbin müəllim, şagird kollektivi,Təbriz Yaqubov adina tam orta məktəbin müəllimi və şagird kollektivi, Qəbələ Peşə məktəbinin müəllim kollektivi, Qəbələ yazarları,
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri, Şəhid ailələri, kənd icra nümayəndəsi,ruhanilər, kənd sakinləri, operator Mehdi Abbasov iştirak etdi.

Əvvəlcə şəhidin ruhuna dualar oxunmuş, məzarının üzərinə gül dəstələri qoyulmuşdur.

Şəhidin atası çıxış edərək belə bir gündə onları yanında olduqları üçün gələn qonaqlara təşəkkürünü bildirmişdir.
Tədbir ata evində ocağında çay süfrəsi arxasında davam etmişdir .

Məktəblilər şeirlər söyləmiş, kompazisiyalar nümayiş etdirmişdir.

Allah rəhmət eləsin şəhidlərimizə.

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisinin”, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri