“YouTube” yeni qadağa tətbiq etdi

0
702

“YouTube” videohostinqi öz meydançasında şovinist xarakterli materiallarla mübarizəni gücləndirdiyini elan edib.
Bu barədə servisin bloqunda məlumat yerləşdirilib.
“YouTube” qeyd edir ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü göstərən roliklər üçün sərt tələblər  yeridib. Nəticədə bu cür videoların izləmə sayı ortalama olaraq 80% azalıb.
“Bu gün biz yaş, cins, irq, kasta, din, seksual orientasiya, yaxud veteran statusuna əsaslanaraq hər hansı bir qrupun üstünlüyünü nəzərdə tutan videolara qadağa qoymaqla yeni addım atırıq”, – deyə şirkətdə bildirilib.