“YouTube” və “Google”da nə baş vermişdi?

0
399

“Google” istifadəçiləri şirkətin xidmətlərində problemlərlə üzləşiblər.

Bu barədə internet mənbələrindəki fasilələri izləyən “Downdetector” məlumat yayıb.

Xüsusilə “YouTube”, “Gmail” və şirkətin digər saytlarına girməyə çalışarkən problemlər yaşanıb.

Qeyd edək ki, problemlər Rusiya, Almaniya, Böyük Britaniya, İtaliya və digər Avropa ölkələri ilə yanaşı Azəbaycanda da qeydə alınıb.

“Google” istifadəçilərinin 86 faizi hesablarına daxil ola bilməyib, 13 faizi tapmaqda çətinlik çəkdi.

“Google” poçt istifadəçilərinin təxminən 76 faizi hesablarına daxil olma problemlərindən şikayətlənib, 17 faizi texniki nasazlıqdan şikayətlənib, digər beş faizi isə poçtlarında mesaj qəbul etməkdə problemlərlə üzləşib.

Ziyarətçilərin 49 faizi “YouTube” ilə bağlı problemlərin olduğunu, 45 faizi videolara baxarkən fasilələrin yarandığını, dörd faizi isə ümumiyyətlə sayta daxil ola bilmədiklərini bildirib.

Hazırda problem aradan qaldırılıb.