Yolumuz haqq , sonumuz haqq

0
262

Qəbələ rayonunun Seyidqışlaq kənd Vətən müharibəsi şəhidi Qədirzadə Aqşin Elman oglunun ikinci il dönümü qeyd olundu.

Qədirzadə Aqşin Elman oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə rayon icra hakimiyyəti, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri, şəhid ailələri, hüquq – mühafizə orqanları,idarə müəssisə təşkilatlarının rəhbərləri ,qazilər,hərbiçilər, Vəndam qəsəbə bir nömreli tam orta məktəbin şagirdləri, Qızılı Aypara cəmiyyətinin rəhbəri, şəhidin yaxınları, Qəbələ yazarları, ruhanilər,təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuşlar. Xatirəsini anaraq , ruhuna dualar oxunmuşdur.

Şəhidin anası Səbinə xanım çıxış edərək ziyarətə gələnlərə belə bir gündə onu tək qoymadıqları üçün gələnlərə öz təşəkkürünü bildirmişdir.

Məktəblilər kompazisiya nümayiş etdirmiş, şeirlər söyləmişdilər.

Çıxış edənlər şəhidin anasına başsağlığı vermişlər.

Tədbir şəhidin ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisinin “, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin rəhbəri