Yol təmiri zamanı qədim əşyalar üzə çıxdı – Video

0
605

İsmayıllı rayonunun Basqal-Kurduvan kəndində yolun təmiri və genişləndirilməsi işləri aparılarkən eramızdan əvvəl və eramıza aid yüzə yaxın qab, bəzək nümunələri və pul sikkələri tapılıb.

Cəlilabad rayon Alar kəndində isə vətəndaşa məxsus həyətyanı torpaq sahəsində tarixi nümunələr aşkar olunub. Tapıntılar əsasən təsərrüfat kürəsi və müxtəlif məişət əşyalarının qalıqlarından ibarətdir.

Tarixi məlumatlara görə, 11-12-ci əsrə aid olduğu ehtimal olunan belə kürələrdən müxtəlif saxsı qabların hazırlanmasında istifadə edilib.

Mütəxəssilərin fikrincə, sözügedən tapıntılar yalnız bir mədəni təbəqənin qalıqlarından ibarət ola bilər. Çünki bu ərazilər uzun müddət bataqlıqlardan ibarət oludğundan fasiləsiz həyatın uzun müddət davamı etməsi mümkünsüz görünür.