Yol mədəniyyətinə hər kəs yiyələnməlidir

0
508

Yaşadığımız pandemiya dövründə karantin qaydalarına uyğun olaraq yol hərəkətinin düzgün tənzimlənməsi də vacib amillərdən biridir. Ölkə rəhbərliyinin təlimatlarına və qanunlarına uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin həyata keçirdiyi tədbirlər əhalinin əsas kütləsi tərəfindən rəğbətlə qarşılansa da bu tədbirlərə uyğun qaydalara riyaət etməyənlərin haqsız narazı çıxışları ictimaiyyət arasında ciddi narazılıqlar yaradır.


Son günlər deputat Rüfət Quliyevin BNA-ya qarşı haqsız çıxışlarına etiraz edənlərdən biri də Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilovdur.
Onunla müsahibəni oxuculara təqdim edirik:Mövcud karantin qaydalarına, o cümlədən yol hərəkəti qaydalarına riayət etməyənlər arasında vəzifə adamlarının, bir çox məmurların, deputatların və onların ailə üzvlərinin belə olması ilə bağlı narazılıqların Rüfət Quliyevin BNA-ya qarşı çıxışı ilə əlaqədar daha da artmasınının hansı nəticələrlə qarşılaşdığı barədə sizin fikirlərinizi bilmək istərdik.

Ölkə başçımızın yüksək komandanlığı və müzəffər ordumuzun qələbəsi ilə 30 illik işğala son qoyduğumuz bir dövrdə düputatların öz şəxsi mənafeyinə görə Milli Məclisdə və mətbuatda aqressiya nümayiş etdirməsinə Milli Məclisin etika komissiyası öz kəskin reaksiyasını verməlidir.
O cümlədən kəskin pandemiya dövründə, insanlarımızın psixoloji gərginlik keçirdiyi bir vaxtda öz şəxsi problemlərini ictimai problem düşüncəsinə gətirən şəxslər digər vətəndaşlarımız tərəfindən qəzəblə qarşılanır.
Bakı Nəqliyyat Agentliyi, Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən xüsusilə paytaxtımızın yol infrastrukturunda baş verən xaos artıq aradan qaldırılmışdır. Bu əlamətdar işlərə qiymət vermək əvəzinə 20 manat cəriməyə görə narazılıq və qəzab nümayiş etdirən bir deputat hər hansı bir rayonun seçilmiş şəxsi kimi Milli Məclisdə özünü və seçicilərini necə təmsil edə bilir?
Əlbəttə, vətəndaşların belə məntiqli sualı millət vəkillərinin və digər bir çox imtiyaz sahiblərinin bu kimi çıxışlarına qarşı etiraz əlaməti və ictimai-sosial qınaqdır.
Vətəndaşlara nümunə olmalı deputatlar bu missiyaya riayət edə bilmirlərsə, mandatlarını geri qaytarıb, digər nümunəvi şəxslərin seçilməsinə şərait yaratmalıdırlar.
Dünya dəyişir, yeni nəsil gəlir. Rüfət bəy kimilərin mənsub olduğu nəslin bir çox mənfi cəhətlərini normal qarşılamayan yeni nəsil sosial şəbəkələrin inkişafı zəminində ictimai qınaqları dünya ictimaiyyətinə çatdıra bilirlər. Vətəndaşlarımızın qabaqcıl cərgəsində olan millət vəkilləri öz hərəkətlərinə, davranışlarına, mövqelərinə, danışıqlarına xüsusi diqqət ayırmalıdırlar.
20 manat cərimənin davasını edən millət vəkillərinə isə sual vermək lazımdır: 44 günlük şanlı müharibə vaxtı, qələbədən sonra prezidentimizin Qarabağa səfərləri dövründə siz hansı xeyirxah əməllərin sahibi idiniz?
O narazı qaldığınız cərimələrin daxil olduğu dövlət büdcəsindən siz deputatlar üçün yaraşıqlı kabinetlər, saraylar, mənzillər, xidməti maşınlar ayrılmışdır. Heç olmasa buna hörmət qoyun, qanunları pozmayın.
–Lənkəran rayonundan seşilmiş bir neçə deputatlarla bağlı sizin tənqidi fikirləriniz media izləyicilərinə tanışdır.
Rüfət Quliyevin də bu rayonda çox az hörməti olan adam kimi, xoşagəlməz faktlar və mənfi münasibətlərlə dolu yazıların hədəfi olduğu çoxlarına məlumdur.
Çoxlarına da bəlli olmayan bəzi məqamları da sizdən eşitmək istərdik.

-Lənkəran şəhərindən deputat seçilmiş Rüfət Quliyev mediada dönə-dönə məntiqdən uzaq çıxışları ilə tanınır. O, həm yerliləri, həm seçiciləri, həm də ölkə ictimaiyyəti tərəfindən dəfələrlə qınaq hədəfinə çevrilmişdir.
Yol nəqliyyatında sivil qayda-qanun yarandığı bir zamanda deputatın özünü qanunlardan yüksəkdə görməsi, xüsusi imtiyazlar tələb etməsi artıq dəfələrlə lazımi cəzasını almışdır.
Rüfət bəy, eyni zamnda, dəfələrlə sosial məsələrlə bağı insanları qıcıqlandıran mövqe sərgiləmişdir.
Mən bir yazıçı, ictimai aktivist olaraq bu deputatın hansı siyasi məntiqlə çıxış etməsini sual altında görürəm.
Onun seçicilərinin heç biri deyə bilməz ki, hələ indiyə qədər bir deputat hansısa bir seçicisinin proplemini həll etmişdir.
O, Milli Məclisdə də Lənkəran rayonundakı əhalinin narazılıq faktları ilə bağlı heç bir məsələ qaldırmayıb. Bütün bunlar bu insanın yalnız özünün, ailəsinin, nəslinin var-dövlərini qorumaq məqsədilə bu postda durmasına dəlalət edir.
Məncə bütün bunlar onun mütəmadi olaraq qeyri-məntiqi, cəmiyyəti xaosa sürükləyən çıxışlarının səbəbinə aydınlıq gətirir.

“ictimainəzarət.info”