Yeyib yatmaq yox, yeyib qaçmaq – Sirr budur

0
171

Gənc yaşlarda mütəmadi olaraq məşq etməlisiniz, çünki orta ömür uzunluğunun artmasına kömək edir.

Bu sözləri kp.ru saytına müsahibəsində Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Federasiyasının əməkdar həkimi Oksana Drapkina deyib.

O, sağlamlığı gücləndirən vacib qaydaları açıqlayıb. Hər şeydən əvvəl siqareti atmalısınız.

Həkim qeyd edib ki, hətta bu pis vərdişin passiv forması da ağciyərlərin sağlamlığına mənfi təsir göstərə bilər. Bundan əlavə, hər gün ən azı 400 qram tərəvəz və meyvə yemək vacibdir.

“Bu çox deyil! Məsələn, salatın bir porsiyasında tərəvəz 150-200, bir porsiya qarnitürdə isə (kartof, kələm, lobya və ya digər tərəvəzlərdən) 200 qramdır. Bir alma və ya banan təqribən 200 qramdır. Tövsiyə olunan miqdarda tərəvəz yediyinizi özünüz də hiss etməyə bilərsiniz, lakin “5 porsiya və ya 500 qram lazımdır” ifadəsi sizi düşünməyə və hesablamağa vadar edir”, – Drapkina bildirib.

Fiziki aktivlik də kifayət qədər olmalıdır. Mütəxəssisin fikrincə, həftədə 150 ​​dəqiqə orta dərəcədə idman etməliyik. Buraya səhər məşqləri və sürətli tempdə axşam gəzintisi daxildir.

Ən əsası duz qəbulunun səviyyəsini azaltmaq vacibdir, əks halda qan təzyiqi arta bilər, norma gündə beş qramdan çox deyil. Ekspert xatırladıb ki, çörək, xəmir və fəstfud da “ağ ölüm” siyahısına daxildir.

“Həmçinin alkoqoldan həddindən çox etməyin, ancaq xüsusi hallarda sağlamlığa zərər vermədən 50 qram güclü içki – 150 mililitr şərab və ya 350 mililitr pivə içə bilərsiniz. Unutmayın ki, hər gün spritli içki içmək təhlükəlidir”, – deyə həkim qeyd edib.