Yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq törədənlərin cəzaları sərtləşdirilir

0
293
Stop Child Violence and Trafficking. Stop Violence Against Children, child bondage in angle image blur , Human Rights Day concept.

Azərbaycanda yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq törədənlərə verilən cəzalar sərtləşdirilir.

Bununla bağlı məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında keçirilən növbəti iclasında müzakirə olunub.

Əmək, Ailə, Cinayət-Prosessual məcəllələrinə, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Ümumi təhsil haqqında” və digər qanunlara təklif edilən dəyişikliklər uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq və uşaqları qorumaq üçün, eyni zamanda belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması məqsədilə hazırlanıb.

Bununla yanaşı, Cinayət Məcəlləsinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan bəzi cinayət tərkibləri təkmilləşdirilir.

Eyni zamanda, qeyd edilən cinayət əməlləri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə həmin maddələrin sanksiyalarının sərtləşdirilməsi təklif edilir.