Yerli kommersiya şirkəti ilk dəfə olaraq minatəmizləmə əməliyyatlarına cəlb olundu

0
363

Ölkənin biznes mühitinin yaxşılaşdırılması, əlavə iş yerlərinin açılması, dövlət və özəl sektor arasında davamlı inkişaf çərçivəsində minatəmizləmə sahəsində ixtisaslaşmış yerli şirkətlərlə əməkdaşlıq imkanları yaradılır.

ANAMA-dan bildirilib ki, Qarabağın yenidən qurulması və bərpa işlərinin gedişatının sürətlə aparılması məqsədilə minatəmizləmə əməliyyatlarına müqavilə əsasında yerli şirkətlər cəlb olunmuş və 2022-ci ilin 1 fevral tarixində ilk yerli şirkət Füzuli-Xocavənd rayonları ərazisində prioritet istiqamətlər üzrə əməliyyatların icrasına başlayıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunan yerli şirkətlərin minaaxtaranları ANAMA-nın Əsas Humanitar Minatəmizləmə və Döyüş Sahələrinin Təmizlənməsi təlimlərində iştirak etmiş və akkreditasiyadan keçirilib.

Bununla yanaşı, minatəmizləmə əməliyyatlarında iştirak edən şirkətlər Beynəlxalq Minatəmizləmə Standartlarına cavab verən xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları, minaaxtaran itlər, detektorlar, ambulanslar, zirehli texnika, eləcə də fərdi qoruyucu geyimlərlə təchiz olunur.