Amerika Milli Havaçılıq və Kosmos Dairəsi (NASA) güllədən 20 qat sürətli hərəkət edən asteroidin Fransanın paytaxtı Parisin simvolu Eyfel qülləsindən böyük olduğunu bildirib.
NASA tərəfindən “potensial təhlükəli” adlandırılan və “2021 KT1” adı verilən asteroidin 149-205 metr arasında diametri olduğu təxmin edilir.
“2021 KT1” 1 iyunda Yer kürəsinin yanından saatda təxminən 64 min kilometr sürətlə keçəcək.