Reding Universitetinin alimləri Yerin atmosferində ilk kosmik qasırğanı müəyyən ediblər. Maraqlıdır ki, kadrlar bir neçə il əvvəl çəkilib, ancaq mütəxəssislər yalnız indi bunun fərqinə varıblar.
İlk kosmik qasırğa hələ 2016-cı ildə peyk şəkillərində müəyyən edilib. Ancaq fenomenə indi retrospektiv analiz çərçivəsində diqqət yetirilib.
Təxminən səkkiz saat davam edən kosmik qasırğanın saatın əks istiqamətində hərəkət etdiyi və bir sıra spiral qollara sahib olduğu məlum olub.
Qasırğaların Mars, Yupiter və Saturnun aşağı atmosferində də qeydə alındığı vurğulanır.
Günəşin atmosferində isə böyük günəş tornadoları qeydə alınıb.