Yerevanda Ermənistan kommunistlərinin “Əbədi Rusiya ilə!” şüarı ilə yürüşü keçirilib

0
721
Sovet İttifaqı dağıldıqdan sonra bu günü təntənəli surətdə yalnız ildən ilə nüfuzu kimi, sayı da azalan Ermənistan Kommunist Partiyası qeyd edir.

Lakin bu gün Ermənistanın baş naziri Nikol Paşinyan da vətəndaşları Əmək bayramı münasibətilə təbrik edib, və ailə üzvləri ilə birlikdə bayram gününə həsr olunmuş tədbirdə iştirak edib.

Bu gün də Ermənistan kommunistləri “Yaşasın 1 may”, “Əmək, Ədalət, sosializm”, “İşsizliyə yox”, “Əbədi Rusiya ilə” şüarları ilə Yerevanda yürüş keçiriblər.

Yerevan

Nümayiş Stepan Şaumyanın heykəli önündə Ermənistan Kommunist Partiyası 1-ci katibi vəzifəsini icra edən Yercanik Qazaryanın nitqi ilə başa çatıb.

Yercanik Qazaryan Sovet İttifaqı dağıldıqdan sonra müstəqil Ermənistanda yaranmış vəziyyət və ölkəyə rəhbərlik edənləri tənqid edib.

O, Sovet dövründə 70 ildə yaradılan iqtisadiyyatın, kənd təsərrüfatı və bütün başqa sahələrin müstəqil Ermənistan dövründə tənəzzülə uğradığı, ölkədə işsizliyin hökm sürdüyü, insanların iş üçün ölkəni tərk etdiyi, banklar tərəfindən talandıqlarını bildirib.

“Ermənistan inkişaf etmiş iqtisadi ölkədən aqrar ölkəyə çevrilib. 91-ci ildən bəri biri-birini hakimiyyət başında əvəz edənlər bu ölkəni talayıb. Və bu gün biz bu bayramı ləyaqətlə qeyd edə bilmərik”.

“Yalnız sosializm şəraitində ölkə inkişaf edə bilər. Rəhbərlikdə şəxslərin dəyişməsi heç nəyi dəyişə bilməz. Struktur dəyişikliklər baş verməlidir”, Qazaryan bildirib.

O, Ermənistanın ABŞ və Qərblə əlaqələrinin zərərli, xoşbəxt gələcəyinin Rusiya ilə bağlı olduğunu deyib.

Bu gün Ermənistan dövlət idarə və müəssisə işçiləri Zəhmətkeşlər Partiyası ilə birlikdə 1 May Əmək günü münasibətilə yürüş təşkil ediblər.