Yerin maqnit sahəsində pozuntu qeydə alınıb.
Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Məlumata görə, Yerin maqnit sahəsindəki pozulma səviyyəsi beş göstəricinin monitorinq şkalası üzrə G2 (“orta”) səviyyəsindədir.
Bu o deməkdir ki, Yerdəki enerji sistemlərində problemlər yarana bilər. Həmçinin radionaviqasiyada fasilələr və yüksəktezlikli radio rabitəsində pozulmalar gözlənilir.