Yer planetini gözləyən böyük təhlükə

0
446

NASA uçuş trayektoriyası dəyişməzsə, 2022-ci ildə Yer planeti ilə toqquşma ehtimalı olan səma cismi ilə bağlı açıqlama verib.

Misirin Xeops piramidası böyüklüyündə olan JF1 adlı səma cismi Yerlə toqquşarsa Xirosimaya atılan atom bombasından 15 dəfə böyük partlayış effekti yarada bilər. 2022-ci ilin 6 mayında Yerə çatması gözlənilən asteroid 230 kilotonluq nüvə enerjisi gücünə malikdir.

Bu cür fəlakət ssenarisinin reallaşması halında bir şəhərin tamamilə yox ola biləcəyini deyən NASA mütəxəssisləri milyonlarla insanın həyatını itirə biləcəyini qeyd edib.