Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək

0
25

Noyabrın 29-na keçən gecə Yer planetini güclü maqnit qasırğası bürüyəcək.

Bu barədə rus alimləri məlumat yayıb. Bildirilir ki, qasırğanın ən güclü hissəsi ayın 29-u gecədən günortaya qədərki dövr olacaq.

Sonra maqnit qasırğası zəifləməyə başlayacaq. Mütəxəssislər maqnit qasırğasının aktivliyini orta intensivlikli hesab edilən G2 səviyyəsində qiymətləndirirlər.