İyulun 4-nə keçən gecə Yer kürəsində “G1” sinfinə aid maqnit qasırğası baş verəcək.
Bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat verilib.
Alimlərin cədvəllərinə əsasən, onun pik həddi cümə axşamı Bakı vaxtı ilə saat 02:00-da baş verəcək. Səhər saat səkkizdə qasırğa səngiməyə başlayacaq və saat 14:00-da maqnitosfer sakitləşəcək.