Yer kürəsinə “QİYAMƏT” XƏBƏRDARLIĞI: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

0
72

2040-cı ilə qədər dünya əhalisinin böyük bir hissəsi iqlim fəlakətlərinin qurbanı olacaq.

Belə bir qənaətə CICERO Beynəlxalq İqlim Araşdırmaları Mərkəzinin bir qrup alimi tədqiqatlar apardıqdan sonra gəliblər.

Məlumata görə, 20 il ərzində tropik və subtropik bölgələrdə orta temperatur əhəmiyyətli dərəcədə yüksələcək.

Tədqiqatçıların fikrincə, güclü istilərdən sonra leysan yağışlar, daşqınlar gözlənilir ki, bu da görünməmiş təbii fəlakətlərə səbəb olacaq. Bu da, insanların və mal-qaranın sağlamlığına, infrastruktura, yaşayış binalarına və ətraf mühitə ciddi ziyan vura bilər. Nəticədə 1,5 milyard insan və ya dünya əhalisinin 20%-i böyük təhlükənin qurbanına çevriləcək.