Yeni Zelandiyada güclü zəlzələ – sunami təhlükəsi var

0
522

Yeni Zelandiya sahillərində şənbə günü 7,4 maqnituda gücündə zəlzələ olub.

Bu barədə ABŞ-ın Geoloji Xidməti xəbər yayıb.

Məlumata əsasən, episentr Fanqarei şəhərindən (red. – 50 min nəfərlik sakini var) 908 km şimal-şərqdə yerləşib. Zəlzələnin dərinliyi 10 km təşkil edib.

Xidmət həmçinin zəlzələ baş verən ərazidə sunami təhlükəsi barədə xəbərdarlıq edib.