Yevlax-Balakən magistral yolu Yevlaxın Xanabad kəndindən keçir. Yol yüksək standartlara uyğun çəkilsə də, piyadalar üçün təhlükəlidir. Çünki həmin kənd ərazisində sakinlərin, ən əsası da, məktəblilərin hərəkəti üçün səkilər yoxdur.Yağışlı havalarda yerli sakinlər məcburən avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxmalı olurlar.
Burada yaşayanlar deyirlər ki, müasir yolun çəkilməsi ölkədə nəqliyyat infrastrukturunun inkişafı deməkdir, amma əvvəlki qaydada piyadalar üçün səkinin olmaması onları təhlükə altında qoyur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələyə münasibət bildirərək qeyd edib ki, həmin ərazidə yolun çəkilişi hələ tam yekunlaşmayıb:
“Sakinlərin narahatlığına heç bir əsas yoxdur. Çünki layihəyə uyğun olaraq, həmin kənddə səkilər qoyulacaq”, – deyə, qurum rəsmisi qeyd edib.