Koronavirusun “Delta” ştammının alt növü olan “AY.4.2”nin xəstəliyin daha ağır gedişatına səbəb olması barədə heç bir sübut yoxdur.
Bu barədə Rusiya “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun direktoru Vasili Akimkin bildirib.
“Yeni virusun xəstəliyin daha ağır gedişinə, onun anticismlərin fəaliyyətinə davamlı olmasına dair heç bir sübut yoxdur”, – deyə epidemioloq qeyd edib.
Akimkinin sözlərinə görə, bunu Böyük Britaniyanın səhiyyə orqanlarının ilkin təhlilinin nəticələrinə dair nəşri də sübut edir.
“Onlar müəyyən edilmiş yeni gen variantı ilə “Delta” gen variantının bazası arasında xəstəxanaya yerləşdirmədə və ya ölüm riskində fərqin qəti sübutunu göstərmir”, – deyə o qeyd edib.
“AY.4.2” variantı Böyük Britaniyada aşkar edilib. Britaniyalı alimlərin fikrincə, o, “Delta” ştammının 45 alt növündən biridir. London Universitet Kolleci Genetik İnstitutunun direktoru Fransua Ballu “AY.4.2”-nin “Delta”dan 10-15 % daha sürətli yayıla biləcəyi bildirilib. O, eyni zamanda əlavə edib ki, bu fərziyyəni təsdiq etmək üçün çoxlu məlumatlara sahib olmaq lazımdır.