Yeni virsun bu qədər geniş yayılmasının SƏBƏBİ – Məşhur türk professorun RƏYİ

0
485

Pandemiyanın başlandığı günlərdə yalnız xəstə şəxslərin maska taxması tövsiyə olunsa da, indi hər kəsin bunu etməsi doğrudur.

bunu dünyaca məşhur türk ürək-damar cərrahı, professor Mehmet Öz video müraciətində bildirib. Professor deyib ki, Covid-19-a yoluxanların 50 faizində infeksiya heç bir əlamət vermir. Ona görə də onlar xəstəliyi yaya bilirlər. Onun sözlərinə görə, virusun bu qədər geniş yayılmasının səbəbi də məhz xəstəliyi simptomsuz keçirən xəstələr ola bilər: “Ona görə də qapalı və açıq yerlərdə hər kəsin maska taxması lazımdır. Bununla həm özünüzü, həm də ətrafda olan insanları qoruyacaqsınız.

Evdən bayıra çıxanda mütləq maska taxın. Maskanı iplərindən tutaraq taxın və oradan tutaraq çıxarın. Maskanı çıxaran zaman ağız-buruna toxunmayın. Çıxaran kimi zibil qutusuna atın”.