Təhsil Nazirliyində yeni təyinat olub.
Bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Elnur Nəsibov nazirin müşaviri təyin edilib.
O, bu barədə öz sosial şəbəkə hesabında yazıb.
E.Nəsibov bundan əvvəl Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, iyulun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edilib.