“Yeni ştamm temperaturun artması olmadan baş verir. Xəstəlik əsasən beş simptomla özünü büruzə verir. İnsanları burun axması, asqırma, zəiflik, baş və boğaz ağrısı narahat edir”.
Bunu virus infeksiyaların qarşısının alınması və müalicəsi üzrə Elmi İnformasiya Mərkəzinin direktoru Georgi Vikulov bildirib.
O qeyd edib ki, “Sputnik V” və “Sputnik Light” koronavirusa qarşı peyvəndləri bu gün çox da böyük anlam kəsb etmir. Buna görə də yeni “pirol” ştammına və digərlərinə qarşı yenilənmiş vaksinlərin sınaqlarının başa çatmasını gözləmək lazımdır.