Yeni “soyuq müharibə” gəlir – Kibermütəxəssislər tarixi açıqladılar

0
350

Kibermütəxəssislər  yeni “soyuq müharibə”nin 2020-ci ildə başlayacağını bildiriblər.

Bu barədə RİA “Novosti”  “Check Point” IT-şirkətinə istinadən xəbər verir.

Qeyd edilir ki, “soyuq müharibə” internet aləmində gedəcək.

“Yeni soyuq müharibə onlayn-dünyada baş verəcək. Kiberhücumlar get-gedə kiçik ölkələr arasında əlavə münaqişələr qismində  daha çox istifadə olunmağa başlayacaq”, – deyə məlumatda bildirilir.

Bu ölkələrə maliyyəni “öz təsir sahələrini gücləndirmək və genişləndirmək” istəyən böyük dövlətlərin ayıracağı vurğulanır.