Yeni radio kanalının açılması ilə bağlı müsabiqə başa çatıb, 5 iddiaçı var

0
508

Ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz tezliyinə Milli Televiziya və Radio Şurasının 5 noyabr 2019-cu il tarixli iclasının qərarı ilə 12 noyabr 2019-cu il tarixdən 12 dekabr 2019-cu il tarixədək elan olunmuş müsabiqə başa çatıb.

Şuradan verilən məlumata görə, müsabiqə çərçivəsində 5 iddiaçı Şuraya sənədlərini təqdim edib:

“Real Təhlil və İnformasiya Mərkəzi” MMC
“TV Media Azerbaijan” MMC
“Balans Studiyası” MMC
“İNS ÇM” MMC
“OMD Azerbaijan” MMC

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1 maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqənin başa çatmasından sonrakı 30 gün ərzində müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.