Yeni Papa nə vaxt və necə seçiləcək? – Ağ tüstü göründükdə…

0
37

Papa Fransiskin ölümündən sonra onun yerini kimin tutacağı ilə bağlı məsələ gündəmə gəlib. Bəs yeni Papa seçkiləri necə və nə vaxt keçiriləcək?

Papanın ölümündən sonra ənənəvi “sede vacante” (“boş taxt”) dövrü başlayır və bu müddət ərzində Vatikana müvəqqəti olaraq Kardinal-Kamerlenqo rəhbərlik edir.

Bu müddət ərzində Müqəddəs Taxt-tacın fəaliyyəti cari işlərlə məhdudlaşır.

Apostol Konstitusiyasına görə, yeni Papanın seçilməsi üçün pontifik vəfat etdikdən sonra 15-20 gün ərzində konklav, kardinalların iclası çağırılır.

Konklavda yalnız yaşı 80-dən aşağı olan kardinallar iştirak edə bilər. Təxminən 120 kardinal Sikstin kapellasında toplanacaq və burada bir namizəd səslərin ən azı üçdə ikisini alana qədər bağlı qapılar arxasında səsvermə keçiriləcək. Qapılar yalnız yeni pontifik seçildikdən sonra açılacaq.

Hər səsvermənin sonunda bülletenlər xüsusi sobada yandırılır. Sikstin kapellasının üstündəki tüstünün rəngi nəticəni göstərir:

Qara tüstü (fumata nera) – Papa seçilməyib

Ağ tüstü (fumata bianca) – Papa seçildi

Xatırladaq ki, Roma Papası Fransisk uzun sürən xəstəlikdən sonra bu gün 88 yaşında vəfat edib.