Yeni ödənişli avtomagistralın bir hissəsinin tikintisi başa çatıb – FOTO+VİDEO

0
418

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilən məlumata əsasən, artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilimetrlik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb.

Layihənin və I hissənin başlanğıcı mövcud M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometr olmaqla, yeni yolun 7 kilimetrlik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud örtük sökülərək yararsız material qazılıb çıxarılıb, tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərdə qaya dolğu işləri icra edilib, yol geyimi tikilib.

Layihə üzrə 2 yol qovşağı, 1 yol ötürücüsü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min p/m beton baryerlərin tikintisi də icra olunub.