Yeni müharibəyə hazırlaşırlar: prosesə bu üç ölkə rəhbərlik edir

0
21

Avro-Atlantik birlik bütün səylərini yeni müharibəyə hazırlaşmağa yönəldib.

Bunu Antalya Diplomatik Forumunda çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu Avro-Atlantik icmanın bütün səyləri yeni müharibəyə hazırlaşmaq üzərində cəmlənib”, – nazir vurğulayıb. Onun sözlərinə görə, bu prosesə Almaniya, Fransa və Böyük Britaniya rəhbərlik edir.

Lavrov NATO haqqında da danışaraq, alyansın özünün ən böyük düşməni olduğunu qeyd edib.