Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Natan Eysmont gözlənilən maqnit qasırğasının hava şəraitindən asılı olan insanlar və avadanlıqlar üçün mümkün mənfi nəticələri barədə xəbərdarlıq edib.
Oktyabrın 12-də “Zvezda” telekanalına müsahibə verən alim elektromaqnit aktivliyinə həssas olan insanları diqqətli olmağa çağırıb.
O, izah edib ki, insanın ürək-damar sistemi belə hadisələrə tam uyğunlaşmır, ona görə də müvafiq xəstəlikləri olan xəstələr öz həkimlərinin tövsiyələrinə əməl etməlidirlər.
Bundan əlavə, maqnit qasırğası elektronikanın işinə güclü təsir göstərə bilər. Xüsusilə, elektrik xətlərində qəza riski artacaq, kosmik peyklər də mənfi təsirlənəcək. Siqnalın adətən zəif olduğu yerlərdə rabitə ilə bağlı problemlər də ola bilər – əlaqə tamamilə kəsilə bilər.
Natan Eysmont, gözlənilən maqnit qasırğasının gücdə mümkün olan 9 baldan 6-ya çata biləcəyinə aydınlıq gətirib
Xatırladaq ki, bəzi alimlər maqnit qasırğalarının insanların vəziyyətinə təsir etmədiyinə inanırlar.