YENİ KƏŞF: iflic üçün daha effektli müalicə üsulları hazırlanır

0
76

Ohayo Dövlət Universitetinin nevroloqları sinir liflərini bərpa edə bilən insan leykositinin yeni növünü kəşf ediblər.

“Nature Immunology” jurnalında araşdırmanın nəticələri iflic üçün yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.

Normal şəraitdə zədələnmiş sinir hüceyrələri bərpa olunmur, bu da geri dönməz nevroloji zədələnmələrə gətirib çıxarır. Bununla belə, elm adamları sümük iliyi hüceyrələrini xüsusi molekullarla stimullaşdıraraq, onları zədələnmiş sinir hüceyrələrinin sağ qalmasına və bərpasına kömək edən regenerativ hüceyrələrə çevirə biliblər.

Komanda səkkiz fərqli insan donorundan sümük iliyi hüceyrələri çıxarıb. Bütün nümunələr sinir hüceyrələrinin bərpasını uğurla inkişaf etdirib, stress altında sağ qalma müddətini üç dəfə artırıb. Bu da öz növbəsində degenerativ xəstəliklərin inkişafını yavaşlatmaq və ya qarşısını almaq, habelə zədələrin təsirlərini müalicə etmək potensialını göstərir.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, xəstələrin öz hüceyrələrindən təhlükəsiz və effektiv müalicə üsulları yaratmaq üçün istifadə oluna bilər. Hüceyrələrin böyüməsi və çatdırılması məqsədiylə ən təsirli üsulları tapmaq üçün laboratoriya təcrübələrindən sonra alimlər klinik sınaqlara başlamağı planlaşdırırlar.