Nəmləndirici və ya intranazal damcılar (buruna damcı şəklində) korporativ bayram tədbirinə gedənlər üçün tibbi maska effekti yaratmağa kömək edəcək.
Bu barədə rusiyalı infeksionist Yevgeni Timakov bildirib.
Onun sözlərinə görə, belə damcılar burnun selikli qişasında virusun yayılmasının qarşısını alan bioplyonka əmələ gətirir.
Həkim vurğulayıb ki, ən başlıcası selikli qişanın qurumasının qarşısını almaqdır. Nəmləndirici və ya intranazal damcılar tədbirdən əvvəl istifadə edilməlidir, evə qayıtdıqdan sonra isə burun fizioloji və ya duzlu məhlullarla yuyulmalı, ardınca burun damcıları tökülməlidir.
İnfeksionist onu da qeyd edib ki, şənliklər zamanı əllərin təmizliyinə diqqətlə nəzarət etmək lazımdır. Mütəxəssisin fikrincə, bu, orqanizmə daxil olan virusun miqdarını azaltmağa kömək edəcək.
“Burun axması, halsızlıq, boğaz ağrısı və ya bəzi anlaşılmaz yorğunluq əlamətləri hiss edirsinizsə, o zaman bayram tədbirinə gedib başqalarını yoluxdurmaq lazım deyil, çünki bütün insanlarda koronavirusa qarşı immunitet olmur, həmçinin heç də hamı vaksinasiyadan keçməyib”, – Timakov bildirib.