Daha çox uşaqların sevdiyi bir bayramın astanasındayıq – Yeni il. Bu bayramda hər kəs öz övladını bir cür sevindirir. İnsanların çoxu mağazalarda satılan hazır şirniyyat qutularını almağa üstünlük verirlər. Belə qutuların qiyməti 5 manatdan 50 manata qədər olur.
Bəs bu hədiyyə qutularını alarkən nələrə diqqət yetirmək lazımdır?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı İradə Hüseynli bu barədə açıqlama verib. O, qeyd edib ki, tez xarab olan məhsul sayılan kremli qənnadı məmulatları belə qutulara yerləşdirilməməlidir.