Yeni il gecəsi Yer kürəsini gözləyən TƏHLÜKƏ

0
25

Yeni il gecəsi Yer kürəsində güclü maqnit qasırğası baş verə bilər.

Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Dekabrın 31-i səhər saatlarında zəif maqnit qasırğasının olması proqnozlaşdırılır.

Qasırğa G3 səviyyəsinə qədər arta bilər.

Dekabrın 31-də maqnit qasırğasının baş vermə ehtimalı 15 faiz, güclü maqnit qasırğasının başvermə ehtimalı isə 25 faiz təşkil edir. Yanvarın 1-də bu göstərici müvafiq olaraq 40 və 25 faizdir.