Yeni il gecəsi üçün restoranların çoxunda yer yoxdur – QİYMƏTLƏR

0
233

Artıq Yeni İl bayramına 1 həftədən az müddət qalıb. Yeni il şənlikləri yaxınlaşdıqca paytaxt Bakıda yerləşən əyləncə obyektləri öz proqramlarını təklif etməyə başlayıblar. Yaddaqalan bayram gecəsi və maraqlı bayram ab-havası vəd edən bu məkanlar bir çoxları üçün əlçatmazdı. Bunun səbəbi isə təklif olunan qiymətlərin “od tutub yanması”dı.

Araşdırma nəticəsində ortaya çıxan maraqlı rəqəmləri təqdim edirik:

“Zeyd” restorantındakı Yeni İl gecəsini qeyd etmək üçün ikinəfərlik milli mətbəxt menyusu – 180 azn, avropa menyusu isə – 200 azn təşkil edir.

“Baku Castle” restorantında isə bayram gecəsi təknəfərlik menyu 150 manatdır.

Paytaxtda yerləşən “Qonaq Baku” restorantında Yeni İl gecəsi təknəfərlik səhnəyə yaxın 200 azn, səhnədən uzaq 150 azn-dir.

“Ada” restorantında təknəfərlik VİP masalarda 300 manat (yerlər bitib), sadə masalar 200-250 manatdı.

“Riviera” restorantında adambaşı Yeni İl gecəsi 110 azn-dir.

“Cratos” ailəvi restoranında Yeni İl keçirmək üçün adambaşı masalarda 200 azn, divanlarda isə 250 azn təşkil edir. 6 yaşa qədər uşaqlar isə pulsuzdur.

“Niagara”  ailəvi restorantda isə 31 dekabrda bayram gecə adambaşı 250 azn olduğu bildirilib. Eyni zamanda, 6 yaşa qədər uşaqlara giriş pulsuzdur.

“Darçın” ailəvi restoranında bayramı qeyd etmək üçün masaların qiyməti 400-600 azn arası dəyişir.

“Don Villa” restoranında Yeni İl gecəsi şənlik adambaşı 150 azn, “Çhayki” restoranında isə adambaşı 300 azn təşkil edir.

Fairmont Baku”da yerləşən restoranlarda isə Yeni il gecəsi:

“BISTRO LE SAM”  bir nəfər – 90 manat, uşaqlar – 7-12 yaş 50 faiz endirim, 7 yaşdan aşağı uşaqlara pulsuzdu.

“Alov Restaurant and Jazz Bar” bir nəfər – 150 manatdır.

Fairmont Gold – bu restoran yalnız xüsusi qonaqlar üçün fəaliyyət göstərir. Yeni il gecəsində burada qiymətlər: 1 nəfər üçün  250 manatdır.

“JW Marriott Absheron Baku”da restoranlar:

Otelin birinci mərtəbəsində təşkil olunacaq Yeni il şənliyində canlı musiqi olacaq. 

1 nəfər – 95 manat. Açıq bufet olacaq, içkilər pulludur. Uşaqlar üçün ikinci mərtəbədə xüsusi əyləncələr təşkil olunacaq ki, bu da həmin qiymətə daxildir.

Bundan başqa, otelin yuxarı mərtəbələrində yerləşən restoranlarında qiymətlər 2 nəfər – 130 manat təşkil edir. Uşaqlar həmin mərtəbələrə buraxılmır. Çünki həmin məkanlar siqaret çəkənlər üçün nəzərdə tutulub.

Hilton Baku otelindəki restoranlarda:

360 Bar, 25-ci mərtəbə – 1 nəfərlik 150 manat;

Ətraflı

Sky Grill, 24-cü mərtəbə – 1 nəfərlik 190 manat;

Silantro, 1-ci mərtəbə – 1 nəfərlik 90 manat;

Uşaqlar – 6-yaşadək pulsuz. Yuxarı yaşlar isə 50 faiz endirimlədir.

“Four Seasons Hotel”də:

“Zafaran” restoranı:

1 nəfər – 85 manat;

Uşaqlar – 12 yaşa qədər pulsuzdur.

“Caspian” restoranında

1 nəfər – 175 manat;

Uşaqlar – 12 yaşa qədər pulsuzdur.

SEA BREEZE-də “Shore House” restoranı

1 nəfər – səhnəyə yaxın məsafəyə görə, 150-200-250 manatdır.

8 yaşa qədər uşaqlar pulsuzdur. 8-14 yaş isə 100 manatdır.

Həmin gün səhnədə həm əcnəbi, həm də yerli ifaçının çıxışı gözlənilir.

“Sultan Inn” otelinin “Terra’s Garden” restoranında 1-nəfər – 50 manat. Restoran axşam 21:00-dan sonra xüsusi məclis üçün bağlanacaq.

Telequlle Restaurantda 1 nəfər – 100 manat (açıq menyu), 6-yaşa qədər uşaqlar pulsuzdur.

“Excelsior Hotel”də “Belveder” restoranı 25 dekabr- səhər saat 11:00-dan 15:00-a kimi 1 nəfər – 39 manat, axşam saat 19:00-dan gecəyə kimi – 1 nəfər – 59 manat

Enerji Club Baku-da 1 nəfər – 150 manatdır. Bu məkana uşaqlar buraxılmır. Çünki məkan 21+dur.

Elektra Events Hall-da ayaq üstə (yalnız giriş) – 1 nəfər 30 manat. Oturacaqlar (yalnız giriş) – 1 nəfər 100 manat

Uşaqlar 16-yaşdan yuxarıdır. Diskoteka olacaq. Bakının tanlnmış DJ –lərinin çıxışı gözlənilir. Menyu isə həmin gün tərtib ediləcək.

“Eleven”da

1 nəfərlik bilet 80 manat;

200 manat restoran zonası;

300 manat VİP zona.

Qeyd edək ki, araşdırma apardığımız müddətdə restoranların əksəriyyətində yer qalmamışdı, qalan yerlər isə məhdud sayda idi.