Yeni hüceyrə kəşf edildi: Görün harada tapdılar

0
65

Avstraliyalı tədqiqatçılar məməlilərin bədəninin sağalma mexanizmini daha yaxşı anlamağa kömək edəcək yeni hüceyrə növü kəşf ediblər.

Kəşf edilən bu hüceyrə “EndoMac progenitor hüceyrələri” adlanırılıb və yetkin siçanların aortasında tapılıb.

Cənubi Avstraliya Sağlamlıq və Tibb Tədqiqat İnstitutundan (SAHMRI) tibb alimi Sanuri Liyanage bu hüceyrələrin qan damarlarının bədəndə böyüməsinə kömək etdiyini bildirib. O, bu hüceyrələrin həmçinin zədə və zəif qan axını hallarında işə düşərək sürətli sağalmanı təmin etdiyini qeyd edib.

Bu kəşf 20-ci əsrin əvvəllərində elm adamlarının qanda yeni makrofaq hüceyrələrinin istehsalını təmin edən kök hüceyrələrin mövcudluğu ilə bağlı irəli sürdüyü fərziyyəni dəstəkləyir.

Ancaq bu hüceyrələrin varlığı uzun illər sübut oluna bilməyib. Tədqiqat qrupu bu hüceyrələrin insanlarda da olub-olmadığını araşdırır və ilkin tapıntılar müsbətdir.

Araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.