Yeni hədəflər: Rusiya Ukraynada hərbi əməliyyatların ikinci mərhələsinin başladığını elan etdi

0
287

Rusiya silahlı qüvvələri Ukraynaya hücumun ikinci mərhələsinə başlayıb.

Bu barədə Rusiya Mərkəzi Hərbi Dairənin komandanının müavini Rüstəm Minnekaev məlumat verib.

“Hərbi əməliyyatların ikinci mərhələsi başlayıb. İkinci mərhələdə Rusiya ordusu Donbass və Ukraynanın cənubu üzərində tam nəzarət yaratmağı, Krıma dəhliz, eləcə də Dnestryanı əraziyə çıxışı təmin etməyi planlaşdırır”, – deyə əməliyyatın məqsədi barədə məlumat verən Rüstəm Minnekaev vurğulayıb.

Qeyd edək ki, iki gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, Rusiya uzun zamandır Donbas uğrunda döyüşlərə hazırlaşır.