Xankəndidə ilk hərbi parad Cümhuriyyət dövründə – 1919-cu ilin iyulunda keçirilib, bu, həm də sonuncu olub. Maraqlıdır ki, Xankəndidəki parad Cümhuriyyətin üçüncü paradı idi və 100 il sonra Azərbaycanın üçüncü Zəfər paradının Xankəndidə keçirilməsi tarixin təkərrürü baxımından da mühüm hadisədir.
Bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
“Yüz illik arzumuz – hədəfimiz gerçəkləşdi”, – deyə o bildirib.
Xatırladaq ki, bu gün – 8 noyabrda Xankəndidə Zəfər Günü ilə bağlı hərbi parad keçiriləcək.