Yeddi ölkənin qərarı: Rusiyaya qarşı sanksiyalar davam edəcək

0
85

“Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Nyu-Yorkda keçirilən görüş zamanı Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcəklərini deyiblər.

Bu barədə “İnterfaks” görüşdə oxunan bəyanata istinadən məlumat yayıb.

Bildirilir ki, G7 xarici işlər nazirləri Moskvaya qarşı mövcud sanksiyalar və iqtisadi tədbirlər paketini genişləndirməyə hazırdır. Onlar həmçinin Çində və Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiyi iddia edilən digər dövlətlərdəki şəxslərə qarşı lazımi tədbirləri davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.

G7 ölkələrinin bəyanatında həmçinin “Rusiyanın enerji və digər mallardan əldə etdiyi gəlirlərə əhəmiyyətli təzyiq göstərməyi” planlaşdırdıqları da bildirilir.