Yazarları və hərbiçiləri birləşdirən növbəti layihə tanıtımı

0
665

Aprelin ortalarında “İntellektual gənc əsgər”: hərbi-vətənpərvərlik ədəbiyyatı” layihəsi çərçivəsində növbəti tanıtım-tədbiri baş tutdu.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın təşkilatçılığı ilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin kitabxanasında keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, Kitabxana direktoru şairə Zəminə Xınalı, tanınmış qələm adamlarından Oqtay Rza, Şirin Xanım Şadiman, Gülyə, Xatirə Əziz, Məleykə, ictimai xadim Muğamat Qaramanlı, zabitlər evinin musiqi kollektivinin üzvləri və b. Tədbiri və layihəni yüksək qiymətləndirdilər!
Qeyd edildi ki, Azərbaycan Gənclər Fondunun üçaylıq maliyyə dəstəyi ilə (2018-ci ildə maliyyə yardımı müsabiqəsi) Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, http://www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın “İntellektual əsgər”: İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği” adlı kulturoloji layihəsi çərçivəsində keçirilib və sonda Münsiflər Heyətinin üzvlərinin müsbət rəyini almış əsərlər toplu şəkilində kağız formada nəşr edilib, eləcə də bu mövzuda hazırlanan 35 e-kitab silsiləsinə daxil edilərən rəqəmsal formada hazırlanıb yayımlanır.
Kreativ-bədii layihənin bu hissəsini maliyyələşdirən qurumlar:
Azərbaycan Gənclər Fondu – youthfoundation. az

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi: yysq.kitabxana.net
Bu silsilədən olan digər digər e-kitablarını buradan oxuyun:
kitabxana.net/?oper=e_kitabxana&cat=183 “İntellektual əsgər”: İnternet, sosial şəbəkələr, e-kitabxana, e-kitablar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ-innovativ təbliği” adlı kulturoloji layihəsi çərçivəsində hazırlanan Feysbukda səhifəmizi və virtual kursu buradan izləyin: facebook.com/kreativesger

Kitab YYSİB tərəfindən nəşrə hazırlanıb.