“Yay məktəbi”nin fəaliyyət göstərdiyi məktəblərin sayı açıqlandı – FOTO

0
359

“Bakı şəhərində fəaliyyət göstərən 308 ümumi təhsil müəssisəsində “Yay məktəbi” fəaliyyət göstərir”.

Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, ümumi təhsil müəssisələrində təşkil olunan “Yay məktəbləri”ndə iştirak etmək istəyən şagirdlər 30 iyun tarixinədək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər:

“Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib”.

O qeyd edib ki, “Yay məktəbləri”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər:

“I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir”.