“Yaxın vaxtlarda Gəncə hadisələrində Elçibəyin mövqeyi ilə bağlı sensasion material yayacam”

0
695

Bu statusdan əvvəl Prezident Ə. Elçibəyin 07 iyun 1993- cü il tarixində Prezident iqamətgahında Gəncə hadisələrinə həsr edilmiş hökumət müşavirəsində çıxışını dərc etdim. Həmin müşavirədə o vaxtkı hökumət üzvlərinin, nazirlərin, komitə sədrlərinin, hüquq- mühafizə orqanlarının, hərbi komandanlığın bütün rəhbər heyəti iştirak edib.
Hadisələr haqqında Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, habelə Səhiyyə nazirlərinin hesabat- məlumatları dinlənilib. Müşavirədə Prezident, Ali Sovetin Sədri, Baş Nazir çıxış ediblər. Hesabat məlumatlarda və çıxışlarda Gəncədə 04. iyunda başlamış hadisələrə siyasi, hərbi, hüquqi və qeopolitik istiqamətlərdə qiymət verilib, baş verənlər dövlətə qarşı qiyam kimi dəyərləndirilib və xalq, dövlət aparatı dövlətin başını almış təhlükəyə qarşı səfərbər olmağa, müqavimətə çağrılıb. Həmin müşavirədə Baş Nazirin çıxışı müşavirədən dərhal sonra AZ TV- də gedib. Prezidentin çıxışının bu dərci hadisələr başlanan kimi rəhbərlik özünü itirmişdi, və ya hakimiyəti kiməsə verilməyə hazırlaşılırdı, niyə xalqa hökumətə müraciət edilmədi, hadislər haqqında hətta nazirlərə də məlumat verilmədi v.s. iddialarla çıxış edənlərə (sonradan mən belə idiaları hətta həmin müşavirə iştirakçılarından bəzilərinin dilindən də eşitmişəm- P. H.) bir cavabdır. Sonrakı nəsil Prezidentin bu çıxışından ümumiyyətlə xəbərsizdir. Hamını diskussiyaya dəvət edirəm.
Hadisələrdə (05- 08 iyun 1993 tarixlərində) Prezident Elçibəyin və siyasi rəhbərliyin mövqeyi və konkret hərəkətləri haqqında təsəvvür yaradacaq başqa bir sensasion materialı yaxın vaxtda dərc edəcəm.
Pənah Hüseyn, keçmiş baş nazir