Yaxın saatlarda Bakıda küləyin maksimal sürəti 25-30 m/s-yə çatacaq

0
157

Respublikanın bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/s-yə çatıb:

“Yaxın saatlarda isə Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 18-23, arabir 25-30 m/s-yə çatacaq. Güclü küləkli hava şəraitinin daha 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə isə arabir 38 m/s-yə çatacağı ehtimal olunur. Aprelin 1-i gündüz saatlarından külək tədricən mülayimləşəcək”.

Qeyd edək ki, hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.

Dumanlı hava şəraiti martın 30-u gündüzədək davam edəcək.